Kilian Mbappe 2024-cü ilin yayında PSJ-ni tərk edə bilər.

Futbolinfo.az “Ekip” nəşrinə istinadən xəbər verir ki, bu ilin iyul ayının sonuna kimi hücumçunun parislilərlə müqaviləni 2025-ci ilin yayınadək uzatmaq hüququ var.

Amma 25 yaşlı hücumçu Paris təmsilçisi ilə müqaviləni yeniləmək fikrində deyil. O, sözləşmənin 2025-ci ilin yayınadək uzadılmasına imkan verən variantdan istifadə etməyəcək.

Fransalı hücumçu ötən mövsümün sonunda PSJ ilə 2+1 şərti ilə yeni müqavilə imzalamışdı.

Mbappe 2017-ci ildən PSJ-də çıxış edir. O, cari mövsümdə bütün turnirlərdə 41 matçda 40 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp