“Qəbələ” ilə çətin oyun olacağını bilirdik. Onlardan bir xal almaq da bizim üçün yaxşı nəticə sayılır” – bunu futbolinfo.az-a açıqlamasında “Şamaxı”nın kapitanı Elvin Məmmədov deyib.
Təcrübəli oyunçu Misli Premyer Liqasının 35-ci turunda “Qəbələ” ilə qolsuz heç-heçə etdikləri matçdan danışıb. O, son turda “Səbail”ə qarşı keçirəcəkləri matçı final oyunu adlandırıb: “Bəli, bu, həm “Səbail”, həm də bizim üçün final matçı olacaq. Komanda olaraq hər şeyin fərqindəyik. Yaxşı nəticə üçün meydana çıxacağıq. Hər iki komandanın taleyinə mayın 27-də aydınlıq gələcək”.
Qeyd edək ki, “Səbail” – “Şamaxı” matçının qalibi Premyer Liqada yerini qoruyacaq, məğlub olan tərəf isə çempionatı tərk edəcək. Qarşılaşma heç-heçə başa çatarsa, “Şamaxı” əsas liqadan ayrılmaq məcburiyyətində qalacaq.