Futbol üzrə Azərbaycan Birinci Divizonunda mövsüm başa çatıb. Son turda Mingəçevirin eyniadlı komandası doğma azarkeşlər önündə “Səbail-2” klubu ilə qarşılaşıb.
Hərəyə bir dəfə fərqlənən komandalar görüşdən bir xalla ayrılıblar. Qarşılaşmada hesabı qonaqlar açıb, fasilədən sonra hesaba tarazlıq yaranıb.
Bu nəticədən sonra “Mingəçevir” xal ehtiyatını 20-ə çatdırmaqla mövsümü 14-cü pillədə başa vardu. “Səbail-2” komandası isə 44 xalla 4-cü pillədəki yerini qorudu.
Oyundan sonra hər iki komandanın baş məşqçisi görüşlə bağlı fikirlərini bildirib.
BƏHRUZ MUSAYEV, MİNGƏÇEVİR