PSV-nin baş məşqçisi Ruud van Nistelroy istefa verib. Ötən ilin martında komandaya rəhbərlik edən sabiq hücumçunu müvəqqəti olaraq Fred Rutten əvəz edəcək.

Futbolinfo.az xəbər verir ki, Van Nistelroy gedişini rəhbərlikdən lazımi diqqəti görməməsi ilə əlaqələndirib. O, 2-ci yeri tutan komandanın gücləndirilməməsindən narahatdır.

Xatırladaq ki, van Nistelroy bir il ərzində kluba iki titul qazandırmağ bacardı. PSV onun rəhbərliyi altında Niderland Kubokunu və Superkubokunu əldə etdi.

Shares: