25-28 may tarixlərində Sloveniyanın Bled şəhərində akademik avarçəkmə üzrə Avropa çempionatı təşkil olunacaq.

Futbolinfo.az xəbər verir ki, Azərbaycanı bu yarışda yığma komandamızın üzvləri Bəhmən Nəsiri və Ziya Məmmədzadə təmsil edəcək. Ziya yüngül, Bəhmən isə ağır çəkili avarçəkənlər arasında mübarizə aparacaq.

Hər iki idmançımız 2000 metr məsafədə yarışacaq.

1d47891a 4d4b 4072 960a 00de5fba6af5 - Futbolinfo.az
Shares: