“Arsenal” hücumçusu Riss Nelsona yeni müqavilə təklif edib. Londonluların ilk təklifini rədd edən ingilis oyunçu bu dəfə daha yaxşı şərtlərlə üz-üzədir.

Futbolinfo.az xəbər verir ki, heyətə az düşməsindən narazı olan oyunçu bu mövsüm bir sıra kritik matçlarda səhnəyə çıxmışdı. Bununla belə, baş məşqçi Mikel Arteta ona çox güvənmirdi. İndi isə oyunçunun azad agent kimi ayrılmaq fürsəti var. Bir çox İtaliya və İngiltərə klubunun müştəri düşdüyü hücumçu seçim etmək fürsəti qazanıb.

23 yaşlı Yamayka əsilli ingilis bir mövsüm “Hoffenhaym”da, daha sonra “Feyenoord”da icarədə olub. Nelson yayda başa çatan müqaviləsini yeniləyərsə, 2027-ci ilin yayınadək London klubunda qalacaq.

Shares: