“Arsenal” yayda heyətini ciddi şəkildə yeniləməyi düşünür. Londonlular 8 futbolçunu satmağa çalışacaq.

Futbolinfo.az xəbər verir ki, baş məşqçi Mikel Artetanın satışını istədiyi oyunçular Tomas Parti, Qranit Caka, Rob Holdinq, Kiran Tirni və başqaları var. Cakanın “Bayer”ə keçidi zaman məsələsidir, digər oyunçularla da maraqlananlar var.

“Topçular” heyəti boşaltdıqdan sonra “Lester”dən Ceyms Meddisonu, “Mançester Siti”dən hazırda “Bayern”də icarədə olan Joao Kanselonu və “Vest Hem”dən Deklan Raysı transfer etmək niyyətindədir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp