Zlatan İbrahimoviç “Milan” azarkeşləri ilə yaşıl meydanda vidalaşmaq istəyir. Bu səbəbdən o, komandanın növbəti ev oyununa hazırlaşır.
Futbolinfo.az xəbər verir ki, zədə üzündən meydana çıxmaq şansı olmayan isveçli forvard azarkeşlərlə tribunada vida etmək istəmir. O, bir neçə dəqiqə də olsa, oynamaq şansı arzulayır. Hücumçu məhz bu səbəbdən həvəslə məşq edir.
Sağlıq durumu imkan verməsə də, Zlatan baş məşqçi Stefano Piolidən bir neçə dəqiqəlik şans istəyəcək. O, “Verona” ilə “San Siro”dakı matçda risk edib azarkeşlərlə iş başında vidalaşmaq niyyətindədir.