MBA-da 3 komandanın oyunçularından başqa digərləri artıq istirahətdədir. Onların da hər biri bu vaxtı fərqli şəkildə keçirir.

Bəzi ulduzlara digər yarışlarda rast gəlmək mümkündür. Basketbol üzrə Fransa çempionatının dünən keçirilən “Monako” – “Strasbur” görüşündə (88:84) tribunada Kevin Dürant da olub.

MBA superulduzu “Monako”nun pleymeykeri Mayk Ceymslə yaxın dostdur. Dürant keçən il “Monako”nun “Olimpiakos”la Avroliqada oyunlarında da tamaşaçı kimi görünmüşdü. Kevinlə Ceyms vaxtilə “Bruklin”də çıxış ediblər.

Xatırladaq ki, Dürantın forma geydiyi “Finiks Sans” 2-ci mərhələdə “Denver Naggets”ə 2:4 hesabı ilə məğlub olmuşdu. Onun bu həftəsonuna qədər knyazlıqda qalaraq Formula 1-i izləyəcəyi də gözlənilir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp