Əfsanəvi ispaniyalı futbolçu Andres İnyesta Yaponiya klubu “Vissel Kobe”dən ayrılıb.
Futbolinfo.az xəbər verir ki, bu barədə Asiya təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.
39 yaşlı yarımmüdafiəçi iyulun 1-də komandanın heyətində vida matçına çıxacaq. “Vissel Kobe” həmin gün Yaponiya çempionatının 19-cu turunda “Hokkaydo”nu qəbul edəcək.
“Barselona”nın yetirməsi olan Andres İnyesta 2018-ci ildən bəri “Vissel Kobe”nin formasını geyinir. O, Yaponiya təmsilçisində 133 oyun keçirib, 26 qol, 25 assistlə yadda qalıb.