Misli Premyer Liqasında mövsümün bitiminə bir tur qalıb. Oyunlar yekulaşan kimi kubokun finalçıları istisna olmaqla hamı istirahətə yollanacaq.

Futbolinfo.az xəbər verir ki, avrokuboklarda iştirak edəcək komandaların istirahət müddəti digərləri ilə müqayisədə qısa çəkəcək. Belə komandalardan biri Konfrans Liqasında debüt edəcəyi dəqiqləşən “Sabah”dır. Paytaxt klubu iyunun 21-də bir araya gələcək.

İlk olaraq Bakıda ikihəftəlik təlim-məşq toplanışına yığışacaq “Sabah” ardınca Avstriyaya yollanacaq. Püşkatmada rəqiblər müəyyənləşəndən sonra planlar ona uyğun dəqiqləşdiriləcək.

Komandada heyətlə bağlı qərarlar da iyun ayı boyunca veriləcək. Heyətin gücləndirilməsinə uyğun olaraq bəzi futbolçuların yola salınması mümkündür. Hələlik isə heç kimlə vidalaşmaq barədə qəti fikir yoxdur.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp