“Sabah” avrokuboklarda ilk oyununu Masazırda keçirməkdə israrlıdır. Rəhbərlik hazırda “Bank Respublika Arena”nın Konfrans Liqasının tələblərinə cavab verməsi üçün çalışır.

Futbolinfo.az xəbər verir ki, debütantın ev oyunlarını doğma arenada qəbul etməsi üçün müvafiq kriteriyaların yerinə yetirilməsi lazımdır. Klub aylardır bunun üzərində işləyir, çatışmazlıqları aradan qaldırır. “Sabah” bunu bacaracağına o qədər əmindir ki, hətta ehtiyat meydan sifariş etməyi lazım bilməyib. Yalnız Masazırdakı stadion bəyənilmədiyi təqdirdə buna ehtiyac duyulacaq, ona kimi isə zaman var.

Yaxın günlərdə UEFA nümayəndələrinin Bakıya gəlməsi gözlənilir. Onlar “Sabah”ın təqdim etdiyi stadiona baxış keçirəcək və yekun qərar veriləcək.

Shares: