Polşanın Pultusk şəhərində boks üzrə beynəlxalq turnirdə 1/4 final mərhələsinə yekun vurulub.

Futbolinfo.az xəbər verir ki, döyüşlərin yekununa əsasən Azərbaycan millisinin 1 boksçusu qələbə qazanıb.

66 kq çəkidə rinqə çıxan Şəhla Allahverdiyeva Asuteya Ausiuteni (Litva) 4:1 (30:27, 30:27, 29:28, 29:28, 27:30) hesabı ilə məğlub edib. O, yarımfinala yüksəlməklə özü üçün ən azı bürünc medalı da təmin edib.

Allahverdiyeva finala gedən yolda fransalı Fatia Benmessahellə üz-üzə gələcək.

Qeyd edək ki, yarışın qalibləri mayın 26-da bəlli olacaq.

Shares: