“Qəbələ” ilə matç çətin keçdi. Onlara da, bizə də vacib xal lazım idi” – bunu futbolinfo.az saytına açıqlamasında “Şamaxı”nın qapıçısı Rəşad Əzizli deyib.

O, Misli Premyer Liqasının 35-ci turunda “Qəbələ” ilə qolsuz heç-heçə etdikləri matçdan danışıb: “Oyunda bəzən biz, bəzən rəqib üstünlüyə sahib çıxdı. Sonra ikimiz də bir xal əldə etdik. Son tura kimi çempionatda rəqabəti qoruyub saxlamışıq. Oyunumuza görə daha yuxarı pillələrdə olmalı idik. Yenə də hər şey öz əlimizdədir. Bu matçda hər şey edib qalib gəlməliyik”.

Əzizli Premyer Liqada qalmaqla çəkdikləri əziyyətin bəhrəsini görmək istədiklərini də sözlərinə əlavə edib: “Layiqik, əsas liqada qalmalıyıq. Bu, bizim bir illik əziyyətimizin bəhrəsi olar”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp