İntizam Komitəsinin iclası keçirilib.

Futbolinfo.az xəbər verir ki, iclasda AFFA-nın bayrağı altında keçirilən yarışlarla bağlı aşağıdakı qərarlar qəbul olunub:

Gənclər Liqasının “Kəpəz” PFK – “Sumqayıt” FK oyununda “Kəpəz”in köməkçi məşqçisi Rəhman Əzizov qarşılaşmanın 53-cü dəqiqəsində hakimi təhqir etdiyinə görə qırmızı vərəqə aldığı üçün 5 oyun cəzalandırılıb.

U-17 Liqasının “Qəbələ” İK – “Sabah” FK oyununda “Qəbələ”nin futbolçusu Qədir Ramazanov oyun bitdikdən sonra hakimi təhqir etdiyinə görə 4 oyun cəzalanıb. “Qəbələ” İK – “Sabah” FK oyununda “Qəbələ”nin azarkeşləri meydançaya daxil olduğuna, rəsmi şəxsləri təhqir etdiyinə və kənar əşyalar atdıqlarına görə “Qəbələ”nin növbəti ev oyunu azarkeşsiz keçiriləcək.

U-15 Liqasının İCBFA – “Zaqatala” PFK oyunu “Zaqatala”nın təyin olunan vaxtda oyuna gəlməməsi səbəbindən baş tutmadığına görə “Zaqatala”ya 0:3 hesablı texniki məğlubiyyət verilib.

U-15 Liqasının “Ordubad” – “Araz” (Naxçıvan) PFK oyunu “Ordubad” komandasının təyin olunan vaxtda oyuna gəlməməsi səbəbindən baş tutmadığına görə “Ordubad”a 0:3 hesablı texniki məğlubiyyət verilib.

U-11 Liqasının EFA – “Şirvansaray” FK qarşılaşması EFA-nın heyətində yetərsay olmadığı üçün baş tutmadığına görə EFA klubuna 0:3 hesablı texniki məğlubiyyət verilib.

Shares: