Dünən “Neftçi” PFK, “YAŞAT” Fondu və “ASAN xidmət”in birgə təşkilatçılığı ilə şəhid övladları üçün stadion turu təşkil olunub.

Futbolinfo.az xəbər verir ki, 16-18 yaşlı gənclər klubun “Bakcell Arena”da yerləşən muzeyi, fan-şop, komandamıza aid paltardəyişmə otağı, konfrans zalı və stadiondakı digər ərazilərlə tanış olub, meydançaya ayaq basıblar.

Daha sonra “Türk Hava Yolları Futbol Mərkəzi”nə yollanan kollektiv əsas komandanın məşqini izləyib, futbolçularla söhbətləşib, şəkil çəkdirib və onlardan avtoqraf alıblar.

Bu gün eyni məkanda keçirilən stadion turunda isə “Neftçi”nin qonağı Bakı-İstanbul liseyinin şagirdləri olublar.

Shares: