Arne Slot “Feyenoord”la yeni müqavilə bağlamağa hazırlaşır. Rotterdamlıları çempion edən baş məşqçi Niderland klubunda işinə davam etmək niyyətindədir.

Futbolinfo.az xəbər verir ki, klub çalışdırıcı ilə yen müqaviləni müzakirə edib. İlk görüşdən sonra tərəflər anlaşmanın müddətini uzatmaq barədə razılığa gəliblər. Bu isə o deməkdir k, Slot onunla maraqlanan “Tottenhem”in təklifini qəbul etməyəcək. Londonlular Antonio Kontenin gedişindən sonra boş qalan baş məşqçi postuna yeni namizəd axtarmalıdır.

44 yaşlı mütəxəssis “Alkmaar”dan ayrıldıqdan sonra, artıq 2 ildir “Feyenoord”a rəhbərlik edir. Onun müqaviləsi 2025-ci ilin yayında başa çatacaq. Rotterdam klubu rəhbərliyi onun “Tottenhem”ə gedişinin qarşısını almaq üçün həm maaşını, həm də müqaviləsinin müddətini artırmaq niyyətindədir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp