“Yuventus” Karlo Pinsoqlio ilə yeni müqavilə bağlayıb. Turinlilər qapıçısı ilə anlaşmanın müddətini 2025-ci ilin yayınadək uzatdığını rəsmən açıqlayıb.

Futbolinfo.az xəbər verir ki, 33 yaşlı qolkiperlə anlaşma bu yay başa çatırdı. Müqavilə müddətinin uzadılması onun karyerasını elə burada başa vuracağı deməkdir. Çünki Karlo 3-cü qapıçı rolu ilə çoxdan barışıb və böyük iddiası yoxdur.

“Yuventus”un yetirməsi zaman-zaman müxtəlif klublarda icarədə olsa da, 2017-ci ildə “Latina”dan qayıdandan bəri Turindədir. Voysex Şesnı və Mattia Perinin kölgəsndə qalan Pinsoqlio durumundan məmnundur.

Shares: