“Bayern” Benjamin Pavarı itirə bilər. Sabiq baş məşqçi Yulian Naqelsmannla problem yaşadığı üçün Münheni tərk etmək istəyən, Tomas Tuhelin gəlişindən sonra fikrini dəyişən fransalı müdafiəçi yenə fərqli düşüncədədir.

Futbolinfo.az “Kicker”ə istindla xəbər verir ki, cinah müdafiəçisinin real müştəriləri də var. “Barselona”, “Mançester Yunayted”, “Liverpul”, “İnter” və “Real” futbolçu ilə maraqlanır. Oyunçu 2024-cü ilin yayında başa çatacaq müqaviləni yeniləməkdən imtina etdiyi üçün klub onu satmağa qərar verib.

2019-cu ildə “Ştutqart”dan “Bayern”ə gələn Pavar 35 milyon avro dəyərləndirilir. “Lill”in yetirməsi daha çox İspaniyada oynamağı arzulayır.

Shares: