Futbol üzrə İsveçrə çempionatında 35-ci turun oyunları keçirilib.

Futbolinfo.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Qrasshopper” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Sankt-Qallen”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 2:2.

Renat da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 90+3-cü dəqiqədə əvəzlənib. Komandasının 3-cü dəqiqədə vurduğu ilk qolun məhsuldar ötürməsini Dadaşov verib. 31-ci dəqiqədə azərbaycanlı futbolçu da qol vurub, amma bu, qayda pozuntusu səbəbindən VAR tərəfindən ləğv olunub. 30-cu dəqiqədə isə Dadaşov sarı vərəqə ilə cəzalanıb.

“Qrasshopper” hazırda 44 xalla 10 iştirakçı arasında 6-cı pillədə qərarlaşıb.

Shares: