Mariano Dias “Real”dan ayrılmaq istəyir. Madriddə klub səviyyəsində mümkün olan bütün ən yüksək titulları qazanan Dominikan əsilli ispaniyalı fərqli ölkəyə getmək istəyir.

Futbolinfo.az xəbər verir ki, əsas heyətdə özünə yer edə bilməyən hücumçu mövsüm bitən kimi özünə yeni klub seçəcək. O, “Real”ı azad agent kimi tərk edəcəyindən müştəriləri çoxdur.

“Real”da yetişən futbolçu yalnız bir dəfə legioner həyatı yaşayıb. O, 2017/18 mövsümündə Lion “Olimpik”ində icarədə olub. Diasın yenidən Fransaya yollanmaq ehtimalı var.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp