PSJ futbolçusu Serxio Ramosa yeni müqavilə təklif edib. Yeni müqavilədə ispaniyalı müdafiəçinin maaşının iki dəfə azldılması nəzərdə tutulub.

Futbolinfo.az xəbər verir ki, 37 yaşlı futbolçu parislilərin təklifini qəbul etməyib. Onun hazırda digər klublardan təklif gözlədiyi bildirilir. Xüsusilə Səudiyyə Ərəbistanından təcrübəli müdafiəçiyə cəlbedici təkliflər var.

Qeyd edək ki, 2021-ci ilin iyulunda PSJ-yə keçən Ramosun klubu ilə müqaviləsi mövsümün sonunda başa çatır.

Shares: