İngiltərənin “Mançester Yunayted” komandasının yarımmüdafiəçisi Antoni sıradan çıxıb.

Futbolinfo.az xəbər verir ki, o, ötən gecə qarşılaşdıqları “Çelsi” ilə oyunda zədələnib.

Braziliyalı futbolçu Premyer Liqanın 32-ci turundan təxirə salınmış bu oyunun 28-ci dəqiqəsində əvəzlənmək məcburiyyətində qalıb. Onun zədəsinin nə dərəcədə ciddi olmasına ətraflı tibbi müayinələrdən sonra aydınlıq gələcək.

Antoni bu mövsüm “Mançester Yunayted”də 44 oyuna 8 qol vurub.

Shares: