2027-ci ildə hokkey üzrə dünya çempionatına ev sahibliyi edəcək ölkə müəyyənləşib.
Futbolinfo.az Beynəlxalq Hokkey Federasiyasının (IIHF) rəsmi saytına istinadən xəbər verir ki, yarış Almaniyada baş tutacaq.
Qərar IIHF-in illik Konqresində qəbul olunub. Qazaxıstan da namizədlər sırasında idi.
Qeyd edək ki, Almaniya sonuncu dəfə 2017-ci ildə Fransa ilə birlikdə turnirə ev sahibliyi edib.