Təkcə Bakıda deyil, hətta regionlardakı idman kompleksləri və məktəblərində uşaq və gənclərin boksla məşğul olması üçün münbit şərait var. Elə məhz buna görə son vaxtlar regionlarda daha istedadlı və bacarıqlı gənclərin boksa marağı artır.

Tərtər boks məktəbi də istedadlı boksçular hazırlamaqla məşğuldur. Bu məktəbin yetirməsi Murad Allahverdiyev Avropa çempionatının mükafatçısıdır. Hazırda Murad 80 kiloqram çəki dərəcəsində Azərbaycan milli komandasının aparıcı idmançılarından biridir.

Məktəbin baş məşqçisi Faiq Məmmədov əsas məqsədlərinin Azərbaycan boksuna yeni simalar bəxş etmək olduğunu bildirir.

Burada boksla məşğul olan uşaq və yeniyetmələrin də əsas məqsədi gələcəkdə Azərbaycanın ən yaxşı boksçularından biri olmaqdır. Boksçular qarşıdakı yarışlara səylə hazırlaşır.

Tərtərli boksçular iyunun 6-da paytaxt Bakıda katedlər arasında təşkil olunacaq Azərbaycan birinciliyinə hazırlaşır. Yarışda Tərtəri 42 kiloqram çəki dərəcəsində Zeynal Bədəlli, 52 kiloqramda isə Mirbağır Cəmilov təmsil edəcək.

BƏHRUZ MUSAYEV, TƏRTƏR

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp