Yevlaxda şahmat üzrə 28 may – Respublika Gününə həsr olunan rayon birinciliyinə start verilib.Yarışın keçirilməsində əsas məqsəd iştirakçılar arasında idman və dostluq əlaqələrinin gücləndirilməsi, şahmat oyununa yeniyetmə və gənclər arasında marağın artırılmasıdır.

Yarış oğlanlar və qızlardan ibarət 6 yaş qrupu üzrə – 2007-2008, 2009-2010, 2011-2012, 2013-2014, 2015-2016 və 2017-ci il təvəllüdlü şahmatçılar arasında keçirilir. Şahmat Federasiyasının qaydalarına uyğun keçirilən yarış 9 mərhələdən ibarətdir. Birinciliyin sonunda hər yaş qrupu üzrə ilk 3 yerin qaliblərinə diplom və qiymətli hədiyyələr veriləcək.

BƏHRUZ MUSAYEV, YEVLAX

9ce6355e e91a 4fb3 a2f6 721a726ed017 - Futbolinfo.az
ede07d46 f25d 426e a40c 004132cacc32 - Futbolinfo.az
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp