“Barselona” Belçikada yeni istedad tapıb. İspaniya nəhəngi “Antverpen”in 18 yaşlı yarımmüdafiəçisi Artur Vermereni heyətinə qatmaq istəyir.

Futbolinfo.az xəbər verir ki, “Barselona”nın yayda yarımmüdafiə xəttinə cəlb etmək istədiyi oyunçulardan biri bu gəncdir. O, Serxio Busketsin yerini doldurmaq üçün transfer edilə bilər. İspaniya çempionuna çətinlik yaradan amil bu futbolçu ilə eyni zamanda “Mançester Yunayted”in də maraqlanmasıdır.

“Lyers” yetirməsi bu mövsümdən “Antverpen”in əsas heyətinə ayaq açıb. Onun transfer qiyməti 8,5 milyon avrodur. Belçika klubu 3 illik müqaviləsi qalan yarımmüdafiəçini azı daha bir mövsüm saxlamaq, daha sonra baha qiymətə satmaq istəyir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp