Ukraynanın 236 idmançısı xüsusi icazə ilə xaricə yollansa da, tədbirləri başa çatdıqdan sonra geri qayıtmayıb. Bu barədə Ukraynanın Gənclər və İdman Nazirliyi məlumat yayıb.

Futbolinfo.az saytı yerli mətbuata istinadən xəbər verir ki, həmin idmançılar sonradan qayıtmaq şərti ilə yarışlarda iştirak etmək üçün ölkəni tərk etmək icazəsi alsalar da, şərtləri pozurlar.

Onların arasında “Zirə”nin formasını geyinən hücumçu Vladislav Kulaç da var. Ancaq 30 yaşlı forvardın çıxış etdiyi Azərbaycan Premyer Liqasında mövsüm hələ bitməyib. Bakılılar bu gün mövsümün son turunda “Sumqayıt”ın qonağı olacaqlar. Üstəlik, Kulaçın “Zirə” ilə müqaviləsi 2024-cü ilin yayına qədərdir.

Qeyd edək ki, Vladislav Kulaç “Zirə”yə bu ilin yanvarında Kiyev “Dinamo”sundan keçib.

Shares: