Braziliyanın “San Paulo” klubu sabiq hücumçusu Aleşandre Patonu yenidən heyətinə cəlb edib.

Futbolinfo.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Tərəflər bu ilin dekabr ayına qədər qüvvədə olacaq müqaviləyə imza atıblar.

Xeyli müddət idi zədədən əziyyət çəkən Braziliya millisinin sabiq hücumçusunun sonuncu iş yeri ABŞ-ın “Orlando Siti” klubu olub. 33 yaşlı futbolçu bu ilin yanvarında sözügedən klubdan ayrılandan bəri işsiz idi.

Pato “Orlando Siti”yə məhz “San Paulo”dan keçmişdi. O, vaxtilə Braziliya klubunda 105 oyuna 32 qol vurub.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp