İngiltərə Premyer Liqasında başa çatmaqda olan mövsümün ən yaxşı gənc futbolçusu müəyyənləşib.

Futbolinfo.az xəbər verir ki, bu ada da “Mançester Siti”nin və Norveç yığmasının hücumçusu Erlinq Haland layiq görülüb.

O, səsvermədə Qabriel Martinelli, Martin Edeqor və Bukayo Saka (hər üçü “Arsenal”), Aleksander İsak, Sven Botman (hər ikisi “Nyukasl”), Moyses Kaysedo və Aleksis Makallisteri (hər ikisi “Brayton”) geridə qoymağı bacarıb.

Xatırladaq ki, Halanda Premyer Liqada həm də mövsümün ən yaxşı futbolçusu elan edilmişdi. O, bu mükafatlara elitada mübarizə aparan 20 klubun kapitanı və xüsusi ekspertlər qrupu arasında keçirilmiş səsvermə nəticəsində layiq görülüb.

Norveçli forvard bu mövsüm İngiltərə Premyer Liqasında meydana çıxdığı 35 oyunda 36 qol vurub, 8 məhsuldar ötürmə edib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp