Bu gün Misli Premyer Liqasının XXXVI turuna start verilib.

Futbolinfo.az xəbər verir ki, mövsümün son turunun ilk oyun günündə artıq görüş başa çatıb.

“Sumqayıt” – “Zirə” və “Qəbələ” – “Kəpəz” matçları eyni saatda start götürüb. Bu oyunlardan sonra Azərbaycanı Avropa Konfrans Liqasında təmsil edəcək sonuncu komanda bəlli olacaqdı.

“Zirə” Sumqayıtda 3 cavabsız qola sevinib. Amma bu, qəsəbə təmsilçisinin avrokuboklara vəsiqə qazanması üçün yetərli olmayıb. Doğma meydanda “Kəpəz”lə heç-heçə oynayan “Qəbələ” də “Zirə” ilə eyni xala malik olmasına baxmayaraq, şəxsi görüşlərdəki üstünlüyə görə Konfrans Liqasına vəsiqə qazanıb.

Günün son matçında isə “Səbail” və “Şamaxı” komandaları üz-üzə gələcək. Hansı ki, bu oyunda da elitanı tərk edəcək komandanın adına aydınlıq gələcək.

“Neftçi” – “Sabah” və “Qarabağ” – “Turan Tovuz” oyunları isə sabah keçiriləcək.

Misli Premyer Liqası
XXXVI tur

27 may

“Sumqayıt” – “Zirə” 0:3
Qol: Rəhim Sadıxov, 10; 67. Toni Qomes, 89.
Hakimlər: Tural Qurbanov, Vüsal Məmmədov, Rəhman İmami, Vüqar Həsənli
“Kapital Bank Arena”, 17:30.

Sumqayıt: 13. Aydın Bayramov, 14. Elvin Bədəlov (k), 10. Vüsal İsgəndərli, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 5. Stiven Pereyra, 9. Kərim Abubakar, 23. Kamran Əliyev, 71. Masaki Murata.
Ehtiyat oyunçular: 25. İlnur Vəliyev, 32. Murad Ağamalıyev, 24. Elşən Abdullayev, 18. Süleyman Əhmədov, 28. Nurlan Bayramov, 88. Həsrət Mürsəlov, 7. Terrens Tisdel.
Baş məşqçi: Samir Abasov.
Zirə: 1. Mehdi Cənnətov, 10. Rəhim Sadıxov, 2. Sertan Taşkın (k), 11. Rüstəm Əhmədzadə, 9. Loris Broqno, 23. Andriya Lukoviç, 44. Dmitrios Çantakias, 70. İssa Cibrila, 26. Nemanya Andelkoviç, 28. Abbas İbrahim, 6. Eldar Quliyev.
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 22. Nail Alışov, 15. Ruslan Abışov, 77. Mirsayib Abbasov, 18. Slavik Alxasov, 91. Coşqun Diniyev, 32. Qismət Alıyev, 66. Pərviz Azadov, 38. Ramiz Muradov, 96. Donald Gerye, 5. Moiz Adileu, 17. Toni Qomes.
Baş məşqçi: Rəşad Sadıqov.

“Qəbələ” – “Kəpəz” 1:1
Qol: Əyyub Allaş, 45+4-pen – Zamiq Əliyev, 80.
Hakimlər: Cavid Cəlilov, Rahil Ramazanov, Şirmamed Mamedov, Nicat İsmayıllı
Qəbələ şəhər stadionu, 17:30.

Qəbələ: 13. Kristof Atanqana, 2. İlkin Qırtımov, 27. Məqsəd İsayev, 28. Murad Musayev (k), 77. Emil Səfərov, 91. Ramon Maçado, 4. Ruan Renato, 5. İsnik Alimi, 23. Rafael Utziq, 97. Felipe Santos, 9. Əyyub Allaş.
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 36. Elməddin Sultanov, 11. Asif Məmmədov, 34. Ürfan Abbasov, 14. Ülvi İsgəndərov, 7. Rövlan Muradov, 33. Hüseyn Mürsəlov, 12. Rüfət Əhmədov, 16. Nicat Əliyev, 17. Yaovi Akakpo, 10. Omar Hani, 8. Andrey Strijak.
Baş məşqçi: Elmar Baxşıyev.
Kəpəz: 68. Orxan Sadıqlı, 80. Tural Rzayev (k), 14. Elçin Əlicanov, 77. Fərid Nəbiyev, 2. Zamiq Əliyev, 5. İdris İnqilablı, 3. Abdulla Rzayev, 20. Mahir Həsənov, 9. Mate Kvirkviya, 7. Georgi Kantariya, 19. Abdullahi Şuaybu.
Ehtiyat oyunçular: 71. Mario Mustapiç, 8. Tural Axundov, 70. Nicat Süleymanov, 27. Samir Məhərrəmli, 91. Nizami Səmədov, 44. Nihat Fərəci, 66. Arzu Atakişiyev, 10. Salif Sisse, 40. Ahmed Ayzaya, 21. Martins Junior.
Baş məşqçi: Tərlan Əhmədov.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp