Misli Premyer Liqasının XXXVI turun oyunları keçirilir.

Futbolinfo.az xəbər verir ki, günün son matçında “Səbail” və “Şamaxı” komandaları üz-üzə gəliblər.

Hansı ki, bu oyunda elitanı tərk edəcək komandanın adına aydınlıq gələcəkdi. Görüş paytaxt təmsilçisinin qələbəsiylə yekunlaşıb. Nəticədə əyalət təmsilçisi elita ilə vidalaşmaq məcburiyyətində qalıb.

Bu gün baş tutan ilk iki oyunda “Sumqayıt” “Zirə”yə uduzub (0:3), “Qəbələ” – “Kəpəz” matçı heç-heçə bitib – 1:1.

“Neftçi” – “Sabah” və “Qarabağ” – “Turan Tovuz” oyunları isə sabah keçiriləcək.

Misli Premyer Liqası
XXXVI tur
27 may

“Səbail” – “Şamaxı” 1:0
Qol: Franko Mazurek, 45+1.
Qırmızı vərəqə: Elmir Tağıyev, 90+2.
Hakimlər: İnqilab Məmmədov, Akif Əmirəli, Pərvin Talıbov, Kamal Umudlu
“ASCO Arena”, 20:00.

Səbail: 1. Emil Balayev, 10. Ağabala Ramazanov (k), 2. Adil Nağıyev, 96. İlkin Muradov, 6. Cabir Əmirli, 3. Turan Manafov, 27. Emil Martinov, 99. David Qomis, 30. Franko Mazurek, 88. Matiya Lyuyiç, 23. Qustavo de Fransa.
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 14. Rahid Əmirquliyev, 9. Mirabdulla Abbasov, 7. Ruslan Hacıyev, 17. Rafael Məhərrəmli, 8. Elmir Tağıyev, 55. Nihad Qurbanlı, 77. Ədilxan Qarəhmədov, 22. Samir Abdullayev, 20. Mirəli Əhmədov, 21. Kizito Luvaqa, 5. Petro Stasyuk.
Baş məşqçi: Şahin Diniyev.
Şamaxı: 1. Rəşad Əzizli (k), 9. Amil Yunanov, 15. Emin Zamanov, 16. Fuad Bayramov, 70. Bahadur Həziyev, 5. Rəhman Daşdəmirov, 11. Kamran Quliyev, 22. Elçin Mustafayev, 4. Arsen Ağcabəyov, 18. Cəlal Hüseynov, 29. Ramin Əhmədov.
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov, 12. Əkpər Vəliyev, 10. Elvin Məmmədov, 8. Kamal Mirzəyev, 17. Elçin Rəhimli, 27. İbrahim Aslanlı, 90. Əli Səmədov, 2. Rauf Hüseynli, 97. Tapdıq Əhmədov, 23. Rövşən Şahmuradov, 79. Emil Qasımov, 80. Zahid Mərdanov.
Baş məşqçi: Vüqar Əsgərli.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp