PSJ-nin hücumçusu Lionel Messi Avropanın TOP-5 liqalarında qolların sayına görə portuqaliyalı hücumçu Kriştianu Ronaldunu qabaqlayıb. Argentinalı buna Fransa çempionatının XXXVII turunun “Strasburq”la matçında qol vurmaqla nail olub.
Futbolinfo.az xəbər verir ki, Messi bununla da Avropanın aparıcı liqalarında 496-cı qolunu vurub. O, bu göstəriciyə görə aktivində 495 qolu olan Ronaldunu ötüb. Messi bu mövsüm ümumilikdə 16 qol vurub və 16 məhsuldar ötürmə edib.
1:1 hesabı ilə başa çatan PSJ – “Strasburq” görüşü parislilərə həm də tarixindəki 11-ci çempionluğu gətirib. Beləliklə Messi karyerasında 43-cü titulu qazanıb və bu baxımdan rekordçu olan Dani Alveşə çatıb.