PSJ-nin qapıçısı Serxio Riko atdan yıxılıb.

Futbolinfo.az xəbər verir ki, ispaniyalı qolkiper ölkəsində olarkən bu hadisə ilə üzləşib.

Başından zədələnən Riko dərhal helikopterlə xəstəxanaya aparılıb. Kəllə-beyin travması alan qapıçının durumunun ağır olduğu bildirilir.

PSJ Serxio Rikonu 2019-cu ilin yayında “Sevilya”dan transfer edib.

Shares: