Bu gün Misli Premyer Liqasında XXXVI tura yekun vurulub.

Futbolinfo.az xəbər verir ki, mövsümün qapanış matçında çempionluğu təmin etmiş “Qarabağ” “Turan Tovuz”u qəbul edib.

Dörd qolun qeydə alındığı matçda Ağdam təmsilçisi inamlı qələbəyə sevinib.

Məhz bu oyundan sonra mövsümün bütün qalibləri mükafatlandırılacaq və Premyer Liqanın 2022/23 mövsümü yekunlaşacaq.

Misli Premyer Liqası
XXXVI tur
28 may

“Qarabağ” – “Turan Tovuz” 3:1
Qol: Redon Cica, 2. Leandro Andrade, 47. Musa Qurbanlı, 72 – Runi Eva, 61.
Hakimlər: Əli Əliyev, Sevda Nuriyeva, Gülnurə Əkbərzadə, Rauf Allahverdiyev
“Azersun Arena”, 19:30

Qarabağ: 89. Amin Ramazanov, 5. Maksim Medvedev (k), 13. Bəhlul Mustafazadə, 18. İsmayıl İbrahimli, 27. Toral Bayramov, 9. Musa Qurbanlı, 81. Kevin Medina, 87. Adama Diakabi, 6. Julio Romao, 99. Redon Cica, 15. Leandro Andrade.
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 23. Luka Quqeşaşvili, 20. Riçard Almeyda, 19. Filip Ozobiç, 55. Bədavi Hüseynov, 2. Qara Qarayev, 4. Rahil Məmmədov, 44. Elvin Cəfərquliyev, 90. Nəriman Axundzadə, 29. Marko Veşoviç, 10. Abdullah Zubir, 8. Marko Yankoviç.
Baş məşqçi: Qurban Qurbanov.
Turan Tovuz: 85. Kamal Bayramov (k), 4. Şəhriyar Əliyev, 39. Sadiq Quliyev, 10. Xəyal Nəcəfov, 88. Faiq Hacıyev, 2. Roderik Miller, 30. Piruzi Marakvelidze, 25. Denis Marandiç, 19. Runi Eva, 9. Belaydi Pusi, 11. Ayxan Hüseynov.
Ehtiyat oyunçular: 13. Mehman Hacıyev, 98. Elxan Qasımov, 3. Tərlan Quliyev, 77. Cavid Tağıyev, 7. Ehtiram Şahverdiyev, 33. Eltun Turabov, 6. Turan Vəlizadə, 15. Vüsal Məsimov, 83. Hüseyn Hüseynov, 55. Siyanda Xulu, 17. Natan Oduva, 23. Okebuqvu Henri.
Baş məşqçi: Ayxan Abbasov.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp