“Mayami Hits” komandasının lideri Cimmi Batler Şərq konfransının final seriyasının 7-ci oyunundan əvvəl komandadakı ab-havadan söhbət açıb.

“Əla komandamız var. Elə adamlar var ki, heç bir zaman təslim olmurlar. Elələri var ki, uzun yol qət edirlər. Niyə də təslim olmalıdırlar? Biz indi məhz bu mərhələdəyik. Hər şey hazırdır, səhnə quraşdırılıb və bizim o səhnədə özümüzü göstərməyimiz qalıb”, – deyə ulduz forvard mətbuat konfransında azarkeşlərini ümidləndirib.

Xatırladaq ki, dünən keçirilən 6-cı oyunda “Boston Seltiks” Vaytın son saniyədə atışı ilə 104:103 hesabı ilə qələbə qazanmışdı. Bununla da onlar seriyada hesabı 0:3-dən 3:3-ə gətirməyi bacarıblar.

Xatırladaq ki, MBA tarixində buna qədər yalnız 3 dəfə bir komanda belə bir şey edib. Amma həmin 3 dəfənin 3-də də 7-ci oyunda məğlub olub. Xatırladaq ki, seriyanın 7-ci , həlledici oyunu Bostonda keçiriləcək.

Shares: