Gəncədə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilən kütləvi qaçış yarışı olub. Azərbaycan Atletika Federasiyasının təşkilatçılığı, Gənclər və İdman Nazirliyi və Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi baş tutan yarışda Bakı, Gəncə, Zaqatala, Sumqayıt, Ağstafa və Neftçaladan ümumilikdə 200 nəfərə yaxın iştirakçı mübarizə aparıb.

Tədbirin açılış mərasimində çıxış edən Azərbaycan Atletika Federasiyasının prezidenti Cavid Qurbanov bu cür tədbirlərin ölkəmizdə atletika idman növünün kütləviliyinin təmin olunmasında mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.

Qaçış yarışı iki məsafədə keçirilib. Bunlardan 6 km məsafəyə Gəncə idmançıları, 11 km isə Bakı və digər regionlardan gələnlər qaçıb. Heydər Əliyev parkının girişindəki Zəfər tağının önündən start verilən yürüşdə kişilərdə Toğrul Məmmədli, qadınlarda isə Anna Yusubova ümumi yarışda qalib adını qazanıb. Həmçinin region iştirakçılarından Səməd Əhmədov və Fidan Yusifova baş mükafata sahib çıxıblar. Qaliblər medal, diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıb.

BƏHRUZ MUSAYEV, GƏNCƏ

c43c4bfa 6f9d 4f4b 90d9 60bc2042414d - Futbolinfo.az
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp