Futbol üzrə Azərbaycan kubokunun “Qəbələ” və “Neftçi” komandaları arasında baş tutacaq final oyununun biletləri satışa çıxarılıb.

Futbolinfo.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, qiymətlər yerindən asılı olaraq 2, 3, 5 və 10 manatdır.

Biletləri Bakıda “Bakcell Arena”nın və Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarından, Qəbələ şəhərində isə “Qəbələ” İdman Klubunun fan-mağazalarından almaq olar.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp