İtaliya çempionu “Napoli” müdafiəçisi Amir Rahmani ilə müqavilənin müddətini uzadıb.

Futbolinfo.az xəbər verir ki, bu barədə Neapol təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Kosovo milli komandasının da üzvü olan mərkəz müdafiəçisi yeni müqaviləyə əsasən 2028-ci ilin yayına kimi bu komandada qalacaq.

2020-ci ilin əvvəlindən “Napoli”də çıxış edən Rahmani bu komandada 96 oyunda 7 qol vurub. 29 yaşlı futbolçu Kosovo yığmasında da 51 matça çıxıb, 6 qol vurub.

Shares: