Futbol üzrə Ukrayna Premyer Liqasında 29-cu turun oyunları keçirilib.

Futbolinfo.az xəbər verir ki, Azərbaycanın U-21 yığmasının sabiq müdafiəçisi Dmitri Nağıyevin formasını geyindiyi “İnqulets” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv “Lvov”un qonağı olub. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 2:0.

Nağıyev də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 74-cü dəqiqədə əvəzlənib.

“İnqulets” hazırda 31 xalla 16 kollektiv arasında 13-cü sırada qərarlaşıb.

Shares: