Saatlı da Azərbaycanın futbol ailəsinə qoşulur. 4 ildir həvəskarlardan ibarət Region Liqasında mübarizə aparan “Araz” yeni mövsümdən I Divizionda yarışacaq.

Futbolinfo.az xəbər verir ki, aşağı liqa üçün kifayət qədər yaxşı infrastuktura malik olan komandanın Divizionda iştirakla bağlı müraciətinə müsbət cavab verilib. Rəsmi qərar AFFA İcraiyyə Komitəsinin iclasında olacaq, lakin komandanın nümayəndələrinə yeni mövsümə hazır olmaları məsləhət bilinib. Saatlılılar da komanda quruculuğuna start verib.

Oyunlarını Olimpiya İdman Kompleksinin stadionunda keçirəcək “Araz”ın əsasən yerli futbolçulara güvənəcəyi gözlənilir.

340103063 222632930443417 4214144690306814376 n - Futbolinfo.az
Shares: