Bu gün “Səbail”də önəmli qərarlar qəbul ediləcək. Klubun sponsorları iclas təyin edib və bir çox məsələlərə aydınlıq gələcək.
Futbolinfo.az xəbər verir ki, Misli Premyer Liqasında qalacağı son oyundakı qələbə ilə dəqiqləşən komandanın son mövsümdəki çıxışı təhlil ediləcək, yeni çempionatın planları müzakirə ediləcək. Büdcə, heyətdəki dəyişikliklərin miqyası məhz bu toplantıdan sonra bəlli olacaq.
Klubun himayədarlarının icraçı direktor Fərəc Əliyevi və onun rəhbərliyində çalışan bütün heyəti istefaya göndərəcəyi gözlənilir. Onların kiminlə əvəzlənəcəyi də bu gün bəlli ola bilər.