Serxio Busqets ona gələn təkliflərdən danışıb. Yarımmüdafiəçi Avropada qala bilməyəcəyini söyləyib.

Futbolinfo.az xəbər vrir ki, bütün karyerasını hər etdiyi “Barselona”dan ayrılmağa qərar verən ispan futbolçu 4 dəvətinin olduğunu deyib: “Lakin onların hamısı Avropadan kənardandır. Yəqin ki, birini dəyərləndirəcəm. Bu o deməkdir ki, “Barselona”ya qarşı oynamaq imkanım olmayacaq”.

Serxio “Barselona”nın onun mövqeyinə kimi transfer edəcəyini bilmir, amma məsləhəti var: “Fikirləşmədən Rodrinin adını çəkirəm. Lakin onu “Mançester Siti”dən transfer etmək asan deyil. Başqa namizədlər haqda da düşünmək olar”.

Shares: