“Lids” Ueston Makkenni ilə yollarını ayırıb. İngiltərə klubu “Yuventus”dan qışda icarəyə götürdüyü amerikalı yarımmüdafiəçi ilə yola davam etmək istəməyib.

Futbolinfo.az xəbər verir ki, turinlilərlə iki illik müqaviləsi qalan 24 yaşlı yarımmüdafiəçi icarəyə verilərkən anlaşmada ingilislərin futbolçunun transfer hüququna sahib olmasının mümkünlüyü ilə bağlı bənd var idi. Premyer Liqa təmsilçisi istəsəydi, həmin bəndi aktivləşdirib futbolçuya sahib olacaq və “Yuventus”a müəyyən məbləğ ödəyəcəkdi. Amma “Lids” Premyer Liqanı tərk etdiyindən, buna ehtiyac duymayıb.

Maraqlıdır ki, “Yuventus” yenə bu yarımmüdafiəçinin xidmətində maraqlı deyil. Klub rəhbərliyi onu satmaq və ya icarəyə verməküçün yeni variantlar axtarır.

Shares: