Mingəçevirdə şəhər sakinləri arasında Heydər Əliyev ilinə həsr olunan veloyürüş keçirilib.
Futbolinfo.az xəbər verir ki, veloyürüşün ən yaşlı iştirakçısının 75, ən gənc iştirakçısının isə 12 yaşı olub.
Veloyürüş Heydər Əliyev Mərkəzinin qarşısından start götürüb şəhərin mərkəzi prospektlərindən və əsas küçələrindən keçməklə 15 km-ə yaxın məsafəni əhatə edib. Birincilikdə yüksək yer tutanlar mükafatlandırılıb.
BƏHRUZ MUSAYEV, MİNGƏÇEVİR