Rojer Federer azarkeşləri kumirlərini yeni rolda görmək imkanına sahib çıxıblar. “Böyük dəbilqə” seriyalı turnirlərdə 20 dəfə çempion olan, ATP seriyalı 193 müxtəlif turnirdə kubok qazanan əfsanəvi tennisçi özünü yeni ampluada sınayıb. O, “Google” platformasında çalışan “Waze” naviqatorunda səsləndirməni həyata keçirib.
“Auto Evolution” nəşrinin məlumatına görə, Federer tennislə əlaqəli xüsusi frazaları söyləyib. Bu frazalar ingilis, fransız və alman dillərində səsləndirilib.
Qeyd edək ki, tətbiqi yenilədikdən sonra onun səsini dinləmək mümkündür. Platformanın həm “Android”, həm də “iPhone” versiyaları var. Hələlik opsiyanın daimi olub-olmayacağı sual altındadır.
Qeyd edək ki, “Waze” əvvəllər də tanınmış insanlarla belə əməkdaşlıq edib. Onların səsləri maksimum 3 həftə proqramda qalıb.
Əlavə edək ki, Federer reklam qazanclarına görə dünyada ən yüksək yer tutan idmançılardan sayılır. Karyerasını bitirən tennisçiyə hələ də reklam təklifləri gəlməkdə davam edir.