“Kəpəz”dən ayrılan gürcüstanlı yarımmüdafiəçi Mate Kvirkviya özünə yeni klub tapıb. Bu barədə futbolinfo.az-a oyunçunun özü məlumat verib.

O bildirib ki, karyerasını Özbəkistanda davam etdirəcək: “Klubun adını hələ ki, deyə bilmərəm. Danışıqlar yekunlaşmaq üzrədir, müqavilə bağlayanda hamı biləcək”.

26 yaşlı futbolçu Asiya ölkəsinin təmsilçisi ilə razılıq əldə etdiyini gizlətməyib.

Qeyd edək ki, Mate Kvirkviya 2022-ci ilin yayından “Kəpəz”in şərəfini qoruyurdu. “Qaqra”dan gələn futbolçu Gəncədə görünənədək yalnız Gürcüstan klublarında oynamışdı.

Shares: