Kərim Benzema dilemma qarşısındadır. “Real”dan daha bir illik müqavilə təklifi alan fransalı hücumçu Səudiyyə Ərəbistanından gələn cəlbedici dəvətdən sonra düşünmək üçün vaxt istəyib.

Futbolinfo.az xəbər verir ki, Lionel Messini də transfer etmək istəyən “Əl Hilal” Kərimə illik 100 milyon avro qazana biləcəyi müqavilə təklif edib. İkillik anlaşmaya “yox” deyə bilməyən Benzema qısa müddət fikirləşib qərarını verəcək. O, dəvətlə bağlı “Real” rəhbərliyini də məlumatlandırıb.

Futbolçu “Real”la bitən müqaviləsini 2024-cü ilin yayınadək uzatmaqla bağlı razılığa gəlib. Lakin tərəflər bugünədək rəsmi müqavilə bağlamayıb. Bu üzdən Kərimin azad agent kimi getməsində problem yoxdur.

35 yaşlı Əlcəzair əsilli hücumçu akademiyasında yetişib 4 il oynadığı Lion “Olimpik”indən “Real”a transfer olunmuşdu. 2009-cu ildən Madriddə oynayan Benzema burada 647 oyunda 353 qol vurmağı bacarıb. “Real”la 4 La Liqa, 3 Kral Kuboku, 3 İspaniya Superkuboku, 5 Şempionlar Liqası, 4 UEFA Superkuboku, 5 Klublararası Dünya çempionluğu qazanan Kərim, “Ballon dOr”a da sahib olub.

Shares: