“Barselona” Lionel Messi ilə bağlı qərar verə bilmir. Argentinalı ulduzu geri qaytarmaq istəyən klub onun maddi tələblərini qarşılamağı bacarmır.

Futbolinfo.az xəbər verir ki, ərəb klublarının təklifləri İspaniya çempionunu çətin vəziyyətə salıb. Səudiyyə Ərəbistanından gələn dəvətlərlə “Barselona”nın təklifi arasında uçurum olduğundan Messinin qayıdışı çətin görünür. Hətta Leonun müəyyəngüzəştə getməyə hazır olması da problemi yoluna qoymur.

PSJ-dən ayrılacağı dəqiqləşən Messi uzun müddət gözləmək niyyətində deyil. O, taleyinə aydınlıq gətirmək istəyir. “Barselona” rəhbərliyi ondan son olaraq bir həftə vaxt istəyib. Yeni maliyyə qaynaqları axtaran klub, Leoya son təklifini edəcək, bundan sonra futbolçu qərarını verəcək.

Shares: