“Sabah” klubla müqaviləsi bitən futbolçularla bağlı qərar verməyib. Komanda istirahətə buraxıldığından, bütün məsələlərə qarşıdakı həftələrdə aydınlıq gələcək.

Futbolinfo.az xəbər verir ki, “bayquşlar”ın 3 mərkəz müdafiəçisi ilə anlaşma yekunlaşıb. Abdulaye Ba, Bəxtiyar Həsənalızadə və Zurab Oçiqava haqda qərar verilməlidir. 32 yaşlı portuqaliyalı mövsüm ərzində qeyri-sabit çıxış ilə seçilib. Eyni sözləri Bəxtiyara da aid etmək olar, lakin onun yerli oyunçu olması yeni müqaviləni şərtləndirə bilər. Zuraba gəlincə, mövsümün böyük hissəsini zədə üzündən buraxan legioner barədə durumuna görə qərar veriləcək.

Ümumiyyətlə, bu futbolçuların heç birinə özünə komanda axtarması tövsiyə olunmayıb. “Sabah” rəhbərliyinin qərarı ediləcək transferlərdən asılı olacaq. Etibarlı mərkəz müdafiəçiləri tapılacağı halda bu futbolçularıdan hansısa (bəlkə də hamısı) yola salına bilər.

“Sabah”ın hazırda əsas hədəfi Aleksey Kaşukla bağlı məsələni yoluna qoymaqdır. İcarə müqaviləsi başa çatan oyunçu “Şaxtyor”un düşərgəsinə dönüb. Rəhbərlik Belçikadan təklifləri olan futbolçunu düşərgədə saxlaya bilməsə, yeni variantlar axtarmalıdır.

Shares: